CV-dən ümumi istifadə şərtləri
Giriş
Christian Vision (“CV”, “biz”, "bizim", "bizə" — Birləşmiş Krallıqda qeydiyyata alınmış iri xeyriyyə təşkilatıdır. Məqsədi, onlayn kütləvi media vasitələri ilə xristianlığı dünyada təşviq etmək, eləcə də xristian missionerlərini, kilsələri, missioner təşkilatlarını və missiya layihələrini yerində dəstəkləməkdir. Bu CV-dən ümumi istifadə şərtlərinin məqsədləri üçün “Cristian Vision” anlayışına, həm Cristian Vision xeyriyyə təşkilatının özü, həm də onun törəmə şirkətləri və/və ya əlaqəli şəxsləri və/və ya tərəfdaş təşkilatları daxildir.
Hazırkı şərtlərdə nə qeyd edilmişdir?
www.cvglobal.co, www.yesheis.online, www.feedback.cvc.is, fellow.direct, otkroy.org, www.onehope.com.ua, eləcə də nastavnik.org.ua — Christian Vision və onun törəmə şirkətləri və/və ya əlaqəli şəxsləri və/və ya tərəfdaş təşkilatları tərəfindən idarə olunan saytlardır. Hazırkı şərtlər yuxarıda göstərilən veb-saytların istifadə qaydaları haqqında Sizə məlumat verir və yuxarıda göstərilən veb-saytların İcazə verilən istifadə Siyasətinin şərtlərini əhatə edir. Bu CV-dən Ümumi istifadə şərtlərinin məqsədləri üçün yuxarıda göstərilən veb-saytlardan hər hansı biri bundan sonra “bizim sayt”, “bu sayt”, “bizim veb-saytımız” adlandırılacaq və yuxarıda qeyd edilən veb-saytlardan hər hansı birinə tək formada istinad yuxarıda qeyd edilən bütün və ya bir neçə veb-saytlara cəm formada istinad kimi qəbul ediləcək.
Bu saytdan istifadə etməzdən əvvəl bu sənədi diqqətlə oxuyun. Veb-saytımızı istifadə etməklə, hazırkı İstifadə şərtlərini qəbul etdiyinizi və onlara riayət etməyinizi qəbul etdiyinizi təsdiq edirsiniz. Bu şərtlərlə razı deyilsinizsə, saytımızdan istifadə etməməlisiniz. Gələcəkdə istifadə üçün bu şərtlərin bir nüsxəsini çap etməyinizi tövsiyə edirik.
Xeyriyyə cəmiyyətinin qeydiyatı haqqında məlumatlar
CV – İngiltərə və Uelsdə qeydiyyata alınmış, iştirakçılarının zəmanətləri ilə məhdudlaşan məsuliyyətli cəmiyyət:
- Şirkətin qeydiyyat nömrəsi 2842414
- Xeyriyyə təşkilatının qeydiyyat nömrəsi 1031031
CV Birləşmiş Krallıqda İnformasiya məsələləri üzrə komissarın idarəsində qeydiyyata alınmış Məlumat meneceridir, qeydiyyat nömrəsi - No Z5994665
Hüquqi ünvanımız:
Ze Pavilion, Manor-drayv
Koulsxill, V46 1DL
Birləşmiş Krallıq
Səzə dair tətbiq edilə biləcək digər şərtlər də mövcuddur
Hazırkı istifadə şərtləri Sizin saytımızadan istifadənizə həmçinin tətbiq edilən aşağıda qeyd edilən əlavə şərtlərə aiddir:
- Bizim saytımızda kuki-fayllar haqqında məlumatları özündə ehtiva edən Məxfilik haqqında bildirişimiz.
Hazırkı şərtlərə dəyişikliklər daxil edə bilərik
Hazırkı şərtlərə vaxtaşırı dəyişikliklər daxil edirik, Hazırkı istifadə şərtlərinə dəyişikliklər əlavə edildikcə Sizə bunun barəsində hər dəfə bildiriş göndərəcəyik. Belə bir bildiriş aldıqdan sonra, mövcud şərtləri anladığınızdan əmin olmaq üçün dəyişiklikləri yoxlayın.
Saytımıza dəyişikliklər daxil edə bilərik.
Xidmətlərimizdəki və/və ya istifadəçilərimizin ehtiyaclarındakı dəyişiklikləri əks etdirmək üçün saytımızı və İcazə verilən istifadə Siyasətimizi vaxtaşırı yeniləyə və ona dəyişiklər daxil edə bilərik. Baş verə biləcək hər hansı əhəmiyyətli dəyişikliklər barədə Sizə əvvəlcədən bildiriş göndərməyə çalışacağıq.
Saytımızın işini dayandıra və ya xitam verə bilərik
Saytımız ödənişsiz təqdim edilir.
Saytımıza istənilən vaxt daxil olma mümkünlüyünə və saytımızın və ya onun istənilən komponentinin fasiləsiz işləyəcəyinə zəmanət vermirik. Kommersiya və əməliyyat səbəblərindən saytımıza bütövlüklə və ya istənilən hissəsinə girişi dayandıra, ləğv edə və ya məhdudlaşdıra bilərik. Hər hansı belə dayandırma və ya ləğv barədə Sizə əvvəlcədən bildiriş göndərməyə çalışacağıq.
İnternet bağlantınız vasitəsi ilə saytımıza daxil olan bütün şəxslərin bu istifadə şərtlərini və digər tətbiq olunan şərt və qaydaları bilməsi və onlara əməl etməsinə görə Siz həmçinin məsuliyyət daşıyırsınız.
Saytımız bütün dünya istifadəçiləri tərəfindən istifadə üçün nəzərdə tutulub, lakin Birləşmiş Krallıq və Avropa İttifaqı qanunları ilə tənzim edilir.
Hazırkı şərtlər Birləşmiş Krallıq və Avropa İttifaqı qanunlarının müddəalarına aid hissədə saytımızdan istifadəni əhatə edir.
Şəxsi hesab məlumatlarınızı təhlükəsiz saxlamalısınız.
Bizim təhlükəsizliyin təmin olunması proseduralarımız çərçivəsində identifikasiya kodunu, parolu və ya istənilən digər məlumatı seçmisinizsə və ya əldə etmisinizsə, Siz bu məlumatları məxfi hesab etməlisiniz. Bu məlumatları üçüncü şəxslərə açıqlamamalısınız.
Hazırkı şərtlərin müddəalarından hər hansı birini icra etmədiyinizi əsaslı olaraq hesab etdiyimizdə, seçdiyiniz və ya tərəfimizdən təyin olunmuş istifadəçinin istənilən identifikasiya kodunu və ya parolu istənilən vaxt deaktiv edə bilərik.
Əgər Sizin, Sizdən başqa hər hansı digər şəxsin istifadəçi identifikasiya kodunuzu və ya şifrənizi bildiyini bilirsinizsə və ya şübhələnirsinizsə, aşağıdakı "Əlaqə Məlumatlar" bölümündə göstərilən əlaqə məlumatlarını istifadə etməklə dərhal bizə məlumat verməlisiniz.
Saytımızın materiallarından necə stifadə edə bilərsiniz
Saytımız və saytımızda dərc olunmuş materiallar üzrə bütün əqli mülkiyyət hüquqlarının sahibi və ya lisenziya sahibiyik. Belə obyektlər bütün dünyada "Müəlliflik hüququ haqqında" qanun və Beynəlxalq Müqavilələrlə qorunur. Bütün hüquqlar qorunur. Saytımızın bir surəti çıxara və ya istənilən səhifəsinin parçalarını şəxsi istifadə üçün yükləyə, həmçinin saytımızda yerləşdirilən məzmuna təşkilatınızın digər işçilərinin diqqətini cəlb edə bilərsiniz.
Siz hər hansı bir şəkildə çap etdiyiniz və ya yüklədiyiniz hər hansı materialların kağız və ya rəqəmsal surətlərinə dəyişiklik etməməli, həmçinin hər hansı müşayiət mətnindən ayrı olaraq hər hansı illüstrasiyalardan, şəkillərdən, video və ya audio sifarişlərdən və ya qrafiklərdən istifadə etməməlisiniz.
Məzmunun müəllifləri qismində bizim (və identifikasiya olunmuş bütün iştirakçıların) statusumuz saytımızda hər zaman təsdiq olunmalıdır.
Saytımızın məzmununun hər hansı bir hissəsini bizdən və ya lisenziallarımızdan lisenziya almadan kommersiya məqsədləri üçün istifadə etməməlisiniz.
Əgər Siz bu İstifadə şərtlərini pozaraq saytımızın hər hansı bir hissəsini çap etsəniz, köçürsəniz və ya yükləsəniz, Saytımızdan istifadə hüququnuz dərhal dayandırılacaq və siz öz mülahizənizə görə seçim etməklə, materialların hər hansı bir nüsxəsini geri qaytarmalı və ya məhv etməli olacaqsınız.
Bu saytdakı məlumatlara etibar etməyin
Saytımızın məzmunu yalnız tanışlıq məqsədləri üçün təqdim olunur və etibar edilə biləcək tövsiyələrin hazırlanması üçün nəzərdə tutulmayıb. Siz bizim saytın məzmunu əsasında hər hansı hərəkətləri həyata keçirməzdən və ya keçirməməzdən əvvəl peşəkar və ya xüsusi tövsiyələr almalısınız. Saytımızdakı məlumatların yenilənməsi üçün bütün ağlabatan səylərimizə baxmayaraq, biz saytımızın məzmununun dəqiq, tam və ya aktual olması üçün hər hansı birbaşa və ya nəzərdə tutulan ərizələr, təsdiqləmələr və ya zəmanələr vermirik.
İstinad etdiyimiz veb-saytlar üzrə məsuliyyət daşımırıq.
Əgər saytımızda üçüncü şəxslər tərəfindən təqdim edilən digər saytlara və resurslara istinadlar varsa, bu cür istinadlar yalnız məlumat məqsədləri üçün təqdim edilir. Bu cür istinadlar biz istinad etdiyimiz saytların və ya onlardan əldə edə biləcəyiniz məlumatların təsdiq edilməsi kimi şərh edilməməlidir. Biz belə saytların və ya resursların məzmununa nəzarət etmirik.
İstifadəçi məzmunu tərəfimizdən təsdiq eidlməyib
Bu saytda saytın digər istifadəçiləri tərəfindən bura və elan lövhələrinə və çatlara yüklənən məlumat və materiallar yer ala bilər. Bu məlumat və materiallar tərəfimizdən təsdiqlənməyib və təqdir edilməyib. Saytımızdakı digər istifadəçilər tərəfindən yazılan fikirlər bizim baxışlarımızı və dəyərlərimizi ifadə etmir.
Əgər Siz digər istifadəçilər tərəfindən göndərilən məlumat və materiallarla bağlı şikayət etmək istəyirsinizsə, aşağıda Əlaqə məlumatları bölməsində” qeyd edilən əlaqə məlumatlarından istifadə etməklə bizimlə əlaqə saxlayın.
Sizə vurulan ziyan və zərərlərə görə məsuliyyətimiz
Fərdi və ya kommersiya isifadəçisi olub-olmamağınızdan asılı olmayaraq:
- Qanuna zidd olduqda qarşınızda olan məsuliyyətimizi heç bir şəkildə istisna etmirik və ya məhdudlaşdırmırıq. Buraya, bizim və ya əməkdaşlarımızın, agentlərimizin və ya subpodratçılarımızın səhlənkarlığının səbəb olduğu ölüm və bədən xəsarətlərinə və ya saxtakarlıq və ya bilərəkdən təhrif etməyə görə məsuliyyət daxildir.
Siz kommersiya istifadəçisi olduqda:
- Saytımıza və ya onun hər hansı bir məzmununa tətbiq oluna biləcək bütün nəzərdə tutulan şərtləri, zəmanətləri, bəyanatları və ya digər şərtləri istisna edirik.
- Biz müqavilənin pozulması, mülki qanun pozuntusu (səhlənkarlıq daxil olmaqla), qanunla müəyyən edilmiş vəzifələrin pozulması və ya digər pozuntu nəticəsində hər hansı zərərə və ya ziyana görə, hətta bu, əvvəlcədən təxmin edilmiş olsa belə, aşağıda qeyd edilənlərlə müvafiq və ya əlaqədar əmələ gələn ziyana görə qarşınızda heç bir məsuliyyət daşımırıq:
- saytımızdan istifadə etmək imkanının olması və ya olmaması; və ya
- saytımızda əks olunan istənilən məzmundan istifadə və ya ona etibar etmək. - Xüsusilə, biz aşağıda qeyd olunanlara görə məsuliyyət daşımırıq:
- itirilmiş gəlir, satışlar, iş və ya mənfəət;
- təsərrüfat fəaliyyətində fasilə;
- gözlənilən qənaətin olmaması;
- ticarət imkanlarının itirilməsi, partnyorlarla işgüzar münasibətlərin pisləşməsi və ya reputasiyaya ziyanın vurulması; və ya
- hər hansı dolayı və ya ikinci dərəcəli zərər və ya ziyanlar.
Əgər Siz fərdi istehlakçısınızsa:
- Saytımızı yalnız daxili və şəxsi istifadə üçün təqdim etdiyimizə fikir verin. Saytımızı hər hansı bir kommersiya və ya biznes məqsədi üçün istifadə etməməyi qəbul edirsiniz və itirilmiş fayda, biznes, təsərrüfat fəaliyyətinin dayandırılması və ya itirilmiş kommersiya fürsətinə görə qarşınızda cavabdeh deyilik.
Fərdi məlumatlarınızı necə istifadə edə bilərik
Yalnız Məxfilik haqqında bildirişimizdə qeyd edilən yalnız fərdi məlumatlarınızı istifadə edəcəyik.
Məzmunun sayta yüklənməsi
Məzmunu saytımıza yükləməyə və ya saytımızın digər istifadəçiləri ilə əlaqə saxlamağa imkan verən funksiyanın hər idtifadəsində, Siz bizim İcazə verilən istifadə Siyasətimizdə məzmun münasibətdə verilən standartlara riayət etməlisiniz (aşağıya baxın).
Siz zəmanət verirsiniz ki, sayta yüklədiyiniz istənilən materiallar bu standartlara uyğundur və Siz belə təminatın tərəfinizdən hər hansı pozulmasına görə qarşımızda məsuliyyət daşıyacaqsınız və bunun nəticəsində bizə dəyən ziyanın əvəzini ödəyəcəksiniz. Bu o deməkdir ki, tərəfinizdən zəmanətin pozulması nəticəsində bizə dəyən hər hansı ziyan və zərərlərə görə məsuliyyət daşıyacaqsınız.
Saytımıza yüklədiyiniz istənilən məzmun məxfi və özəl hesab olunmayacaq. Belə məzmun üzrə mülkiyyət hüququ Sizdə qalır, lakin belə məzmunun istifadəsi, saxlanılması və surətinin çıxarılması , habelə onun yayılması və üçüncü şəxslərə təqdim edilməsi üzrə məhdud lisenziyanı bizə və digər istifadəçilərə təqdim etmək məcburiyyətində deyilsiniz. Lisenziya üzrə bizə ötürdüyünüz hüquqlar, media resurslar münasibətdə razılıq formamızda təsvir edilib.
Hər hansı üçüncü şəxs sizin saytımıza yerləşdirdiyiniz və ya yüklədiyiniz hər hansı məzmunun onun əqli mülkiyyət hüquqlarının və ya həyatının toxunulmazlığı üzrə hüquqlarının pozduğunu iddia edərsə, biz, həmçinin, sizin şəxsiyyətinizi ona aşkar etmək hüququna malikik.
Bizim fikrimizcə, Sizin dərc etdiyiniz material bizim İcazə verilən istifadə Siyasətimizdə göstərilən məzmuna dair standartlara uyğun gəlməsə, biz Sizin saytımızda yerləşdirdiyiniz hər hansı bir dərcinizi silmək hüququna malikik (aşağıya baxın).
Siz, məzmununuzun müdafiəsi və rezerv surətinin çıxarılması üzrə təkbaşına məsuliyyət daşıysırsınız
Bizə təqdim etdiyiniz tərəfinizdən yüklənən materiallar üzrə istifadə hüquqları
Saytımıza məzmunu yüklədiyiniz və ya dərc etdiyiniz zaman sayt və ya müxtəlif media resursları tərəfindən təqdim olunan xidmət ilə əlaqədar məlumatların istifadəsi, göstərilməsi, yayılması, hazırlanması, belə istifadəçi məzmunun əks olunması və tərtib edilməsi üzrə bütün dünyada keçərli olan qeyri-müstəsna, ödənişsiz və ötürülən lisenziyanı bizə təqdim edirsiniz.
Biz, viruslar üzrə məsuliyyət daşımırıq, eləcə də onları salmamalıyıq
Biz, saytımızın təhlükəsiz olacağına və saytımızda səhv və virusların olmayacağına zəmanət vermirik.
İnformasiya texnologiyalarının, kompüter proqramlarının və saytımıza daxil olmaq üçün nəzərdə tutulan platformaların konfiqurasiya edilməsi üzrə məsuliyyət daşıyırsınız. Viruslardan müdafiə üçün öz proqram təminatınızdan istifadə etməlisiniz.
Siz, qərəzli hesab edilən və ya texnoloji ziyan vurmağa qadir virusları, troya proqramlarını, qurd proqramlarını, məntiqi bombaları və ya digər materialları qəsdlə daxil etməklə saytımızdan sui-istifadə etməməlisiniz. Saytımıza, saytımızın yerləşdirildiyi serverə, və ya saytımıza qoşulmuş istənilən serverə, kompüterə və ya verilənlər bazasına qanunsuz müdaxiləni əldə etməməlisiniz. DoS və ya DDoS-hücum vasitəsi ilə saytımıza hücum etməməlisiniz. Bu qaydanı pozmaqla, 1990-cı il tarixli Kompüter texnologiyalarından qanunsuz istifadə haqqında Qanuna müvafiq olaraq cinayət törətmiş olursunuz. Bu cür pozuntu halı haqqında hüquq-mühafizə orqanına məlumat verəcəyik, eləcə də şəxsiyyətiniz haqqında məlumat verərək bu orqanlarla əməkdaşlıq edəcəyik. Belə pozuntu halında saytımızdan istifadə hüququnuza dərhal xitam veriləcək.
Saytımıza linklərə dair qaydalar
Siz bizim ev səhifəmizə istinad edə bilərsiniz, o şərtlə ki, bunu ədalətli, qanun çərçivəsində, reputasiyamıza zər vurmadan və bundan mənfəət etmədən edəcəksiniz.
Siz həqiqətə uyğun olmadığı halında bizim tərəfimizdən əlaqənin, razılığın və ya qəbulun hər hansı formasını nəzərdə tutan qaydada istinadı saytımıza daxil etməməlisiniz
Siz, Sizə məxsus olmayan hər hansı bir saytda saytımıza istinadı daxil etməməlisiniz.
Saytımızı hər hansı digər saytda yerləşdirə, eləcə də ev səhifəsi olmayan saytımızın hər hansı bir hissəsinə istinad yerləşdirə bilməzsiniz.
Əvvəlcədən bildiriş göndərmədən saytımıza istinad etmək hüququnu verən icazəni geri götürmək hüququnu özümüzdə saxlayırıq.
Link saxladığınız veb-sayt məzmuna dair bütün münasibətlərdə bizim İcazə verilən istifadə Siyasətimizdə yer alan standartlara uyğun olmalıdır.
Əgər siz saytımızın hər hansı məzmununa link qoymaq və ya yuxarıda qeyd olunanlardan fərqli qaydada istifadə etmək istəyirsinizsə, aşağıdakı "Əlaqə məlumatları" bölməsində göstərilən əlaqə məlumatlarından istifadə edərək bizimlə əlaqə saxlayın.
İcazə verilən istifadə Siyasəti
Qadağan edilmiş istifadəçilər
Saytımızdan yalnız qanuni məqsədlər üçün istifadə etməlisiniz. Saytımızı aşağıda qeyd edilən qaydada istifadə etməməlisiniz
- qüvvədə olan yerli, milli və ya beynəlxalq qanunları və ya qaydaları pozan hər hansı bir şəkildə;
- qeyri-qanuni və ya saxta və ya qeyri-qanuni və ya saxta məqsəd və ya nəticələrə səbəb olan hər hansı bir şəkildə;
- hər hansı bir sorğu edilməyən və ya qanunsuz reklamı və ya reklam materiallarını və ya hər hansı digər oxşar təklifləri (spam) ötürmək və ya göndərməyə cəhd göstərmək üçün; və ya
- Kompüterin proqram və ya aparat təminatına mənfi təsir göstərmək üçün nəzərdə tutulan virus, Troyan proqramları, qurd proqramları, “yavaşıdılmış təsirli bomba” tipli virusları, klaviatura şpionları, proqram-şpionları, reklam proqram təminatlarını və digər zərərverici proqram təminatlarını və ya oxşar proqram kodunu ehtiva edən hər hansı bir məlumatların qabaqcadan düşünülmüş ötürülməsi, göndərilməsi və ya yüklənilməsi üçün.
Siz həmçinin aşağıdakılarla razılaşırsınız:
- istifadə şərtlərimizi pozaraq saytımızın hər hansı bir hissəsini istifadə etməməyi, dublikatını və surətini çıxatrmamağı və ya ötürməməyi;
- saytımızın istənilən hissəsinə qanunsuz daxil olmamağı, işinə müdaxilə etməməyi və ziyan vurmamağı;
- saytımızı istifadə edən istənilən avadanlıq və ya şəbəkə
- saytımızı təqdim edərkən istifadə olunan istənilən proqram təminatı; və ya
- hər hansı üçüncü tərəfə məxsus və onun tərəfindən istifadə olunan istənilən avadanlıq, şəbəkə və ya proqram təminatı
Dayandırma və xitam vermə
Saytımızı istifadə etdiyiniz zaman hazırkı İcazə verilən istifadə Siyasətinin tərəfinizdən pozulub və ya pozulmadığını öz mülahizəmizə görə müəyyən edəcəyik. Hazırkı Siyasətin pozulması aşkar olunduqda, məqsədəuyğun hesab etdiyimiz təbirlər görə bilərik.
Hazırkı saytımızdan istifadənizi tənzimləyən İcazəli istifadə Siyasətinin qaydalarına riayət etməmə istifadə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması anlamına gəlir və aşağıda sadalanan hərəkətlərdən hər hansı biri tərəfimizdən görüləcəyi ilə nəticələnə bilər:
- saytımızdan istifadə hüququnuzun dərhal, müvəqqəti və ya həmişəlik ləğv edilməsi
- Sizə verilmiş xəbərdarlıq
- pozuntunun nəticəsində əmələ gələn bütün xərcləri ödəmək məqsədi ilə sizə qarşı məhkəmə araşdırılması (inzibati və hüquqi xərclər daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq) baxışı;
- sizə qarşı yönələn hüquqi xarakterli növbəti tədbirlər; və ya
- əsaslı olaraq zəruri hesab etdiyimizdə belə məlumatın hüquq-mühafizə orqanlara açıqlanması.
Biz bu İcazəli istifadə Siyasətinin pozulmasına cavab olaraq edilən hərəkətlərə görə məsuliyyətdən imtina edirik. Bu siyasətdə təsvir olunan cavab tədbirlərinə məhdudiyyət qoyulmamışdır və biz məqsədəuyğun hesab etdiyimiz hər hansı digər tədbirləri görə bilərik.
Hər hansı bir mübahisələrə hansı ölkənin qanunları tətbiq edilir?
Əgər siz fərdi istehlakçısınızsa, nəzərə alın ki, bu İstifadə şərtləri, onların predmeti və tərtibatı İngilis qanunvericiliyi ilə tənzimlənir. Hər ikimiz İngiltərə və Uels məhkəmələrinin müstəsna yurisdiksiyaya malik olacağına razılaşırıq. Lakin, Şimali İrlandiyanın bir sakini olsanız, prosessual hərəkətləri Şimali İrlandiyada, Şotlandiyanın sakini olsanız — Şotlandiyada icra edə bilərsiniz.
Əgər siz təsərrüfat fəaliyyəti subyektisinizsə, bu İstifadə şərtləri, onların predmeti və tərtibatı (və müqavilə xarakteri daşımayan hər hansı mübahisə və ya iddia) İngilis qanunvericiliyi ilə tənzimlənir. Biz həm İngiltərə və Uels məhkəmələrinin müstəsna yurisdiksiyası ilə razılaşırıq.
Əlaqə məlumatları
Elektron poçt ilə:
Poçt ilə:
Məlumatların mühafizəsi üzrə məsul şəxs
Christian Vision
Ze Pavilion, Manor-drayv
Koulsxill, B46 1DL
Birləşmiş Krallıq